Kəlbəcərdə traktor aşdı -

Kəlbəcərdə traktorun aşması nəticəsində 1 nəfər ölüb.

Metbuat.az xəbər verir ki, hadisə noyabrın 18-də qeydə alınıb. Rayonun Bağlıpəyə kəndi ərazisində aparılan tikinti işlərinə cəlb olunmuş 1972-ci il təvəllüdlü Fariz Tağıyevin idarə etdiyi frontal yükləyici "ZL 50" markalı traktor aşıb. Ağır xəsarətlər alan sürücü F.Tağıyev hadisə yerində vəfat edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, faktla bağlı Kəlbəcər rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Bir 1 nəfər, ayaqda və açıq hava şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR