"Sağ gözümü "SEPAH" ​ terrorçusu güllələdi" -

İran İnqilab keşikçiləri Ordusu "SEPAH" İraqın Kərkük bölgəsində yerləşən kürdlərin mövqelərinə raket və dronlarla zərbələr endirib.

Metbuat.az xəbər verir ki, Bəndər Abbas şəhərində "SEPAH" qüvvələrinin açdığı atəş nəticəsində tələbə gənc bir qız bir gözünü itirib. Xəsarət alan Qəzal Rənckeş adlı gənc qız bu barədə "İnstaqram" səhifəsində belə yazıb:

“Sağ gözümün qeyd etdiyi son görüntü "SEPAH" terrorçusunun güllə atarkən gülüşü olub”.

Qeyd edək ki, İran hökuməti noyabrın 21-i səhər saatlarından etibarən İraqın şimal bölgəsinə raket və dron hücumlarını yenidən başladıb.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR