Makronun zəng etdiyini düşünüb söhbət etdi -

Polşa Prezidenti Andrej Dudaya zarafat ediblər.

Metbuat.az xəbər verir ki, Rusiyanın sosial media fenomenləri Vladimir Kuznetsov və Aleksey Stolyarov Dudanın ofisinə zəng edərək, özlərini Fransa Prezidenti Emmanuel Makron kimi təqdim ediblər. Səs oxşadığına görə, Polşa Prezidenti inanaraq, uzun müddət rus fenomenlərlə söhbət edib. Telefon söhbəti zamanı Duda Polşaya düşən raketdən danışıb. O bildirib ki, Ukrayna Prezidenti raketin Rusiyaya məxsus olması ilə bağlı israr edir. Dudanın sözlərinə görə, ABŞ Prezidenti Co Bayden isə Rusiyanı ittiham etmir. Duda Rusiya ilə gərginliyi artırmamaq üçün diqqətli davrandığını ifadə edib.

Polşanın Prezident ofisi məlumatı təsdiq edib və hadisə barədə araşdırmalara başlayıb. Telefon söhbətində Dudanın önəmli məlumatlar barədə danışıb-danışmadığı məlum deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR