Rusiyadan Paşinyanın KTMT sammitinin bəyannaməsini rədd etməsi barədə açıqlama

Kreml sözçüsü Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina etməsinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, tərəflər bütün məsələlərdə razılıq əldə edə bilməyib. Peskovun sözlərinə görə, Ermənistan KTMT-dan çıxmayacaq. “Bütün məsələlər razılaşdırılmadı və bu, bir daha formatın önəmini ortaya qoyur” – Peskov qeyd edib.

Xatırladaq ki, İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası baş tutub. Ermənistan Baş nazirinin saytında bildirilib ki, Paşinyanın bəyannaməni imzalamaqdan imtina etməsinə səbəb Ermənistana ayrılan yardımla bağlı tədbirlərin onu qane etməməsidir:

"KTMT KTŞ-nin Bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında" layihəsi yetərincə işlənməyib və bu formada, bütün hörmətimlə, mən bu sənədləri imzalamağa hazır deyiləm", - deyə Nikol qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR