Azərbaycanlılar Türkiyədə silsilə oğurluq etdi -

Türkiyənin Muğla və Mersin şəhərlərində dələduzluqda şübhəli bilinən 2 Azərbaycan vətəndaşı həbs edilib.

Metbuat.az Anadolu Ajansına istinadən xəbər verir ki, alış-veriş saytından mobil telefon almaq istəyərkən dolandırılan şəxs kart hesabından 9 min lirə pul oğurlandığı üçün polisə şikayət edib.

Araşdırmalarla həmin şəxsin hesabından oğurlanan pulun eyni gündə və eyni saatda 4 fərqli hesaba köçürüldüyü müəyyən olunub.

Keçirilən əməliyyat zamanı 2 azərbaycanlı - G.B. və J.S. saxlanılıb. Onların dəstəsinə daxil olan daha 2 şəxs də saxlanılıb. İlkin araşdırma zamanı azərbaycanlı dəstənin Türkiyədə 44 nəfərin hesabından ümumilikdə 2 milyon lirəyə yaxın vəsait çəkdikləri aşkar olunub.

Həmçinin saxlanılan şəxslərin yaşadıqları ünvanda aparılan axtarış zamanı 10 bank kartı, 2 noutbuk, 6 cib telefonu, 9 sim kart və bank hesabında 238 min lirə ələ tapılıb.

Məhkəməyə aparılan şübhəlilərdən G.B. və J.S. həbs edilib, digərləri isə polis nəzarətinə verilmə şərti ilə sərbəst buraxılıb.

Şübhəlilərdən G.B. və J.S. həbs edilib, digərləri isə polis nəzarətinə verilmə şərti ilə sərbəst buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR