İndoneziyada baş verən zəlzələdən sonra möcüzə baş verib.
Metbuat.az xəbər verir ki, 6 yaşlı uşaq iki gün sonra dağıntılar altından sağ çıxarılıb. Onun səhhəti normaldır. Qeyd edək ki, Qərbi Cava əyalətində baş verən rixter cədvəli üzrə 5,6 bal gücündəki zəlzələ nəticəsində 271 nəfər həlak olub. 2 mindən çox yaralı var. Axtarış işləri davam edir.