​Tatarıstanlı peşəkar gözəllik mütəxəssisi Şefa Omarova global Health Awards layihəsində təltif olundu -

Tatarıstanın tanınmış, eyni zamanda beynəlxalq təcrübəli kosmetoloqu Şefa Omərova Azərbaycanda aldığı mükafatla gündəmə gəlib. Öz fəaliyyəti ilə insanlara bəxş etdiyi sevincdən mənəvi zövq alan uğurlu kosmetoloq nəinki, öz ölkəsində, hətta ölkə hüdudlarından kənarada da öz işinin peşəkarı kimi tanınır.

Ali tibb təhsilini Kazan Dövlət Tibb Universitetini alan Şefa Omarova dermatovenerologiya üzrə ixtisaslaşır. O, 2020-ci ildə dermatovenerologiya və kosmetologiya üzrə Tibbi Akkreditasiyadan keçir. "Allergan" şirkətinin mentoru olan gənc həkim artıq 30 yaşında Kazan şəhərində öz tibbi kosmetologiya klinikasını qurub. Kosmetologiya sahəsində daim yeniliklərə açıq olan kosmetoloq üzün, həçminin modulyasiyası, korreksiyası, full face, full body kimi prosedurlar üzrə 9 il təcrübəyə malikdir. İllərin təcrübəsinə malik peşəkar kosmetoloq dodaqların konturlanması üçün fərdi müəllif texnikasını işləyib hazırlayıb. Bu sahədə olan təcrübələrinin rusiyalı həmkarları ilə həmkarları ilə bölüşən ümumrusiya Beynəlxalq Konfranslarının iştirakçısıdır. Şefa Omarova sürətli inkişaf edən dünyada kosmetologiya sahəsində baş verən yenilikləri izləmək üçün daim biliklərini təkmilləşdirir, dünyanın hər yerindən görkəmli həkimlərin ustad dərslərində iştirak edir. Peşəkar kosmetoloq eyni zamanda Fransanın "İPSEN" şirkətinin treneridir.

Şefa Omarova 30 oktyabr 2022-ci ildə Global Health Awards layihəsində ilin “TheWell-Known Cosmetologist” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR