İran üçün qorxunc proqnoz -

ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu İranda etirazların daha da artacağını proqnozlaşdırır.

Metbuat.az xəbər verir ki, mütəxəssislər bildiriblər ki, İranda tətillər və yürüşlər artacaq. Açıqlamada qeyd edilir ki, hakimiyyət etirazların qarşısını almaq üçün Kürdüstan əyalətinə İran İnqilab Keşikçiləri Qvardiyasının qoşunlarını cəlb edib. Bildirilir ki, İranda vətəndaş müharibəsi ehtimalı var və bunun qarşısının alınması üçün referendumun keçirilməsi təklif edilir.

Qeyd edək ki, sosial şəbəkələrdə İranın İraqla sərhədə yaxın yerləşən bəzi şəhərlərdinə SEPAH-la silahlı şəxslər arasında silahlı toqquşmların getdiyinə dair görüntülər yayılıb. İddialara görə, silahlılar şəhərləri ələ keçirməyə çalışırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR