“Barselona”nın futbolçusu Memfis Depay “Fənərbaxça”ya təklif edilib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Depayın meneceri futbolçusunu Avropanın bir neçə klubuna təklif edib. Onların arasında “Fənərbaxça” da var. Bildirilir ki, “Barselona” Memfis Depayı 5 milyon avroya satmağa razıdır. Məlumata görə, “Fənərbaxça” Depayı transfer etməyə müsbət yanaşır.
Buna səbəb demək olar ki, bütün hollandiyalı futbolçuların “Fənərbaxça” da uğurlu oyun sərgiləməsidir.