Dünyaca məşhur "Vichy" brendi Global Health Awards layihəsində təltif olundu -

Hər zaman sağlam həyat və təbii gözəlliyin etibarlı tərəfdaşı olan "Vichy" xanımlarımızın təbii gözəlliyinin qayğısına qalır. "Sağlamlıq yaxşıdır" sloqanı ilə həyatımıza daxil olan bu dünya brendi, Avropa bazarında ən böyük derma kosmetika istehsalçılarından biridir.

Dünyaca məşhur "Vichy" məhsulları 1931-ci ildən Fransanın Vişi şəhərində istehsal olunur. Hazırda dünyanın 64 ölkəsində təmsil olunan "Vichy" brendi erkən qırışlar, problemli dəri, saç tökülməsi, kəpək və selülitli görünüşlə mübarizə aparmağa yönəlmiş bir sıra terapevtik maddələrdən ibarətdir.

Fransanın heyrətamiz təbiətindən ilhamlanaraq yaradılan "Vichy" brendi artıq 90 ildən çoxdur ki, uğurla fəaliyyət göstərir. Daxili və xarici faktor araşdırmasında dünya lideri olan brend derma kosmetika kateqoriyanın təsisçisidir. Müalicəvi bulaq suyundan istifadə olunaraq istehsal olunan "Vichy" dünya üzrə 100 minə yaxın dermatoloq tərəfindən tövsiyyə olunur. Yerin təxminən 4000 metr dərinliyindən gələn şəfa, minerallar və mikroelementlərlə zəngindir. Bu məhsulların tərkibi dəriyə sakitləşdirici, bərpaedici və nəmləndirici təsir göstərməklə yanaşı onu ətraf mühitin mənfi təsirlərindən də qoruyur. Məşhur brendin hər məhsulunun tərkibində aktiv kompanentlər, hipoallergik formullar və patent molekullar var. "Vichy" təhlükəsizlik, effektivlik və kliniki təsdiq olunmuş nəticə və həyatın bütün mərhələlərində dərinin keyfiyyətini qorumaq deməkdir.

"Vichy" brendi 30 oktyabr 2022-ci il tarixində Global Health Awards layihəsində ilin “The number one Brands Recommended by Dermatologists” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR