Saakaşvilini zəhərləyiblər? -

Həbsdə olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin zəhərləndiyi ilə bağlı məlumatlar yayılıb.

Metbuat.az xəbər verir ki, bu barədə ekspertizanı aparan “Empati” qeyri-hökumət təşkilatının rəhbəri Mariam Cişkarani bildirib. Cişkarani deyib ki, eks-prezidentin səhhəti ilə bağlı tibbi rəyin təhlili onun zəhərləndiyini təsdiq edib.

"Saakaşvilinin saçının Amerikadan müayinəsi zamanı belə qənaətə gəliblər ki, onun səhhətinin pisləşməsinin səbəbi zəhərlənmədir. Orqanizmdə civənin səviyyəsi icazə verilən həddin 42 faizini keçib. Keçmiş prezidentin həyatını xilas etmək üçün onun xaricdə müalicəsinə icazə verilməlidir".

Cişkariani onu da qeyd edib ki, Saakaşvilinin səhhəti ilə bağlı bütün məlumatlar Gürcüstan prezidentinin administrasiyasına ötürülüb. Bundan əvvəl də Saakaşvilinin vəkili Valeri Qelbaxiani, habelə eks-prezident Giuli Alasaniyanın anası onun ağır metallarla, o cümlədən civə ilə mümkün zəhərlənməsi barədə məlumat vermişdilər. Xatırladaq ki, Gürcüstan hakimiyyəti Saakaşvilinin zəhərlənmə faktını qəbul etmir. Hökümət bu qənaəti təsdiqləyəcək toksikoloji ekspertiza keçirməyi planlaşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR