Rusiyanın məşhur "MV Pilates" Studiyası Bakıda təltif olundu -

Pilates son dövrlərdə dünyada məşhurluq qazanan idman növlərindən biridir. İlk baxışdan olduqca sadə görünən bu idman növünün əsası güc və elastikliklə məhdudlaşmır. Əsas hərəkəti qarın əzələlərini sıxmaq olan pilateslə mütamədi olaraq məşğul olduqda bel ağrılarını azaldır, sümük sıxlığını artırır və ürək sağlamlığını qoruyur.

Bu sahədə öz işinin peşəkarlarından biri də “MV Pilates” studiyasının sahibi Anna Seliverstovadır. Hazırda Rusiyada uğurla fəaliyyət göstərən "MV pilates"in 8 heyrətamiz studiyası, 35 yüksək səviyyəli personal və 700-dən çox məmnun müştərisi var. "MV pilates" sadəcə studiyalar şəbəkəsi deyil, yararlı vaxt keçirmək, sağlamlığınıza əvəzsiz töhfə vermək, yeni dostlar tapmaq, bir-birinizlə enerji və müsbət emosiyaları paylaşmaq üçün bütöv bir ailədir. Bu studiya Beynəlxalq Pilates təhsilində lider olan "Basi Pilates" Akademiyasının rəsmi nümayəndəsi olaraq Sankt-Peterburqda unikal avadanlıqlarla təchiz olunmuşdur. “MV Pilates” studiyasının təkcə Sankt Peterburqda 10 filialı var. Burada insan bədəninin bütün incəlikləri dərindən araşdırılır və hər bir müştərinin şəxsi ehtiyaclarına uyğun unikal və fərdi yanaşma planı hazırlanır.

ABŞ-da yaşadığı illər ərzində Anna Seliverstova pilateslə bağlı dərin əlaqələr qurur və bu onun sonrakı inkişafına yardımçı olur.

Anna Seliverstova fəaliyyəti haqda danışarkən deyir:

“Uzun zaman idmanla məşğul olmuşam. Bütün peşəkar idmançılar kimi mən də zədəsiz deyildim. Bunun sayəsində sonradan sevimli işimə çevrilən pilateslə tanış oldum. Pilates eyni zamanda zehnimizi, bədənimizi və nəfəsimizi birləşdirməyin ən yaxşı yoludur. Hazırda Rusiyada “Pilates Uşaq Studiyası”nın üzərində çalışırıq. Düşünürəm ki, bu, gələcək nəsillərimizin sağlamlığına böyük töhfədir. Dubayda filial açaraq dünyaya çıxmaq gələcək planlarımız arasındadır və bununla bağlı əməkdaşlıq təkliflərinə açığıq”.

Anna Seliverstova sahəsi üzrə çoxsaylı beynəlxalq seminarların iştirakçısıdır.

MV Pilates studiyası 30 oktyabr 2022-ci ildə “Global Health Awards” layihəsindəilin “The Best Pilates Studio” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR