Artımdan sonra müəllimlərin maaşı bu qədər oldu -

"51 baldan yuxarı nəticə göstərən müəllimlərin sayı 3163 nəfərdir. Onların ortaaylıq maaşı 831 manata qalxıb".

Metbuat.az xəbər verir ki, bunu elm və təhsil nazirliyi Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

"11 657 ibtidai sinif müəllimi sertifikasiyaya cəlb olunub. Onlardan 75%-i uğur qazanıb, 25%-i isə uğur qazana bilmədi. Uğur qazanan müəllimlərin maaşları artırılıb. 51 baldan yuxarı nəticə göstərən müəllimlərin sayı 3163 nəfərdir. Onların ortaaylıq maaşı (vergilərdən sonra) 831 manat olub. 48% müəllimlər 30-50 bal toplayıb. Həmin 5624 müəllimlərin əməkhaqqısı isə 686 manat civarındadır. Sertifikasiyadan keçməyən müəllimlərin maaşı dəyişməyib, 623 manat alırlar".

Nazir qeyd edib ki, müəllimin maaşı həm də dərs saatlarından asılıdır:

"Sertifikasiyada iştirak edən müəllimlər əsasən 18-24 saat arası dərsi var. Bu da 75% təşkil edir. 35% artımdan sonra onların maaşı 856 manatdır. Əgər müəllim 24 saatdan çox dərs deyərsə, sertifikasiyanın 35%-lik əlavəsi ilə orta hesabla 1140 manat maaş alır".

Nazir bildirib ki, 273 müəllimin dərs saatı 6 saatdan azdır:

"Bu müəllimlər sertifikasiyadan keçməyibsə, 131 manat, iştirak etdiyi təqdirdə balı aşağı olubsa, 144 manat, 35% əlavə alırsa 177 manat alır. Qısası, müəllimin dərs saatı az olanda, maaşı da az olur".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR