​Qırğızıstanlı uğurlu estetik cərrah Azərbaycanda mükafata layiq görüldü -

Görünüşü yaxşılaşdırmaq və özünə inam qazanmağın bir çox üsulu var. Estetik prosedurlar bu üsulların ən geniş yayılanıdır. Bu sahədə Qırğızıstanın yüksək ixtisaslı plastik cərrahlarından biri, peşəkar plastik-estetik cərrah, mükəmməl və uğurlu əməliyyatları ilə adından söz etdirən gənc həkim Mahirə Həsənovadır.

O, 2000-ci ildə Qırğızıstanda anadan olub. Ali təhsilini Dövlət Tibb Universitetində alan Mahirə Həsənova rezidenturada cərrahiyyə üzrə ixtisaslaşıb. O, təhsilini müvəffəqiyyətlə tamamlayaraq Plastik, Rekonstruktiv və Estetik cərrah adını almışdır.

Tibb sektorunda inkişaf və imkanlar artdıqca insanlar öz bədən quruluşuna daha çox əhəmiyyət verməyə başlayıb. Çünki fiziki qüsurlar özgüvən hissini aşağı salır, insanların sosial həyatdakı yüksəlişinə mane olur. Bu səbəbdən estetik cərrahlar bir növ insanların özünə inamını geri qazandırmaqda önəmli rol oynayır.

5 illik təcrübəyə malik gənc cərrah bu gün artıq öz ölkəsinin istedadlı həkimidir. Bu müddət ərzində o, bütün növ plastik, estetik və rekonstruktiv cərrahi əməliyyatları icra edib. Müraciət edən hər bir pasientin individual ehtiyacları və istəkləri xüsusən nəzərə alınaraq Mahirə Həsənova tərəfindən məharətlə həyata keçirilir.

O, Qırğızıstanın ən yaxşı kosmetoloqu, plastik cərrahı kimi nominasiyalar üzrə mükafata layiq görülüb.

Mahirə Həsənova 30 oktyabr 2022-ci il tarixində Global Health Awards layihəsində ilin “The Successful Cosmetologist” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR