Məşhur fransız brendinin beynəlxalq məruzəçisi Olqa Şuxova Bakıda təltif olundu -

Belarus qadınlarının gözəlliyinə gözəllik qatan tanınmış kosmetoloq Olqa Şuxova öz sahəsinin ustalarındandır. Uğurlu kosmetoloq kimi əsas vəzifəsi qadınlara dəstək və güvən vermək, onlara daxili gözəlliklərini kəşf etməyə imkan vermək, individuallığı qoruyaraq qüsurlarını gizlətməyə kömək etməkdir.

Belarus Dövlət Tibb Universitetində ali tibb təhsili alan Olqa Şuxova "Dermatovenerologiya" üzrə ixtisaslaşıb. İnyeksiya texnikası üzrə sertifikatlı təlimçi olan peşəkar xanım Fransanın "Vivacy" şirkətinin beynəlxalq məruzəçisidir.

Peşəsini və işini sevən gözəllik mütəxəssisi hər zaman gözəlliyin sağlamlıqla inteqrasiyasının vacibliyini ifadə edir. Sağlam olmayan gözəlliyin mümkün olmadığını deyən peşəkar kosmetoloq hesab edir ki, müvəffəqiyyət əldə etmək və öz peşəsinin ən yaxşılarından biri olmaq üçün ilk növbədə sevdiyin işlə məşğul olduğuna əmin olmalısan. O, öz nümunəsində göstərir ki, çox çalışmaq, özünə inanmaq, hədəflərə doğru irəliləməklə - arzular gerçəkləşir.

Olqa Şuxova öz təcrübəsindən yararlanaraq dünyaya gözəllik və gənclik gətirmək üçün gənc mütəxəssislər hazırlayır. O, eyni zamanda estetik kosmetologiyaya dair çoxsaylı məqalələrin müəllifidir.

Uğurlu fəaliyyəti və son illərdə əldə etdiyi nəticələr əsas gətirilərək Olqa Şuxova 30 oktyabr 2022-ci il tarixində "Global Health Awards" layihəsində ilin “The Celebrity Cosmetologist” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR