Peşəkar kosmetoloq Günel Adıgözəlova "Global Health Awards"da təltif olundu -

Dərinin gözəlliyini və sağlam görünüşünü bərpa etməyin ən təsirli yolu estetik təbabətin prinsiplərinə əsaslanan, lakin ciddi cərrahi müdaxilədən istifadə etmədən peşəkar kosmetoloji üsullara müraciət etməkdir. Plastik cərrahiyyənin praktiki alternativi kimi kosmetologiya hər zaman öz önəmini qoruyub saxlayacaq. Hər bir müştəriyə fərdi yanaşan və ciddi qüsurlarla mübarizə aparan kosmetoloq peşəkar kosmetoloqdur. Günel Adıgözəlova bu sahənin peşəkarlarındandır.

O, 1985-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi uğurla başa vurduqdan sonra uşaqlıq arzularının arxasınca tibb sahəsinə gedir. 2003-2009-cu illərdə Günel Adıgözəlova Tibb Universitetində ali tibb təhsil alır. 2012-ci ildən etibarən gənc həkim 5 il müddətində Tibb Universitetinin neonatologiya kafedrasında neontoloq kimi fəaliyyət göstərir.

Bir məsəldə deyilir ki, biz ancaq ona görə yaşayırıq ki, gözəlliyi kəşf edək. Günel Adıgözəlova xanımların gözəlliyinə gözəllik qatmaq, kəşf edilməmiş gözəlliklərini üzə çıxartmaq üçün 2018-ci ildə tibbi kosmetologiya sahəsinə keçid etmək qərarına gəlir. Bu məqsədlə o, xaricdə estetika və kosmetologiya üzrə təkmilləşir. "İmsak KolhidaAAAMC" və "BeynəlxalqEvro Aziya" Kongressində iştirak edən həkim-kosmetoloq öz sahəsində beynəlxalq təcrübəyə malikdir.

Günel Adıgözəlova hazırda estetik klinikada inyeksion və liporeduksiya proseduru həyata keçirir. Təbiliyi qoruyaraq gözəllik yaratmaq bu sahədə onun əsas devizidir.

Günel Adıgözəlova 30 oktyabr 2022-ci il tarixində "Global Health Awards" layihəsində ilin “The Successful Cosmetologist” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR