Türkiyə 3 şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri İraqın şimalında davam edən "Pənçə-Qılınc" antiterror əməliyyatı zonasında terrorçuların hücumuna məruz qalıb, 3 hərbçi şəhid olub.

Metbuat.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib ki, terorrçular Türkiyə hərbçilərinə silahlı hücum edib. Nəticədə 4 hərbçi yaralanıb, 2-si vəfat edib, digər ikisi isə xəstəxanaya çatdırılıb.

Səhiyyə naziri Fahreddin Koca bildirib ki, yaralı vəziyyətdə xəstəxanaya çatdırılan bir hərbçi də şəhid olub.

Digər hərbçinin müalicəsi isə davam edir.

Resim

Resim

Resim


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR