BMT-nin Nayrobi şəhərindəki bölməsində Azərbaycanın Daimi Nümayəndəliyi açılacaq -

Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Metbuat.az xəbər verir ki, Sərəncama görə, Azərbaycan Nazirlər Kabinetinə BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək, Xarici İşlər Nazirliyinə Daimi Nümayəndəliyin strukturunu və ştat cədvəlini təsdiq etmək həvalə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR