"Buna görə toy qiymətim qalxdı" -

"Mahnı var ki, 2 minə, 3 minə, 6 minə də almışıq. Tək mahnını bu qiymətə alırıq".

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, bunu müğənni Şəbnəm Tovuzlu qonaq olduğu verilişdə açıqlayıb.

O, 9000-ə aldığı mahnıdan da danışıb:

""Ömrüm" mahnısını aranjemanla bir yerdə 9 minə müğənni Şöhrətdən aldım. Şöhrət sənət yoldaşım olsa da, mənə endirim etmədi. Produserim endirim etməsini desə də, 9 mində qaldı. Bu bahalı mahnının 10 aya 19 milyon baxışı var. Dinləyicilər tərəfindən sevildi. Xərclədiyim pulu çoxdan çıxarmışam. Bu mahnıya görə toy qiymətim də artdı".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR