Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi keçirilib

x

Noyabrın 27-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrə) keçirilib.

DİM-dən Metbuat.az--a bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 3 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 54 nəzarətçi müəllim, 6 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.

İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Test tapşırıqlarının 30-u qapalı, 10-u açıq tipli suallardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 3 həftə ərzində elan olunacaq.

Xatırladaq ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə) dekabrın 11-də keçiriləcək. İmtahanda iştirak etmək üçün qeydiyyat dekabrın 1-dək aparılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR