Həbs edilən nazir kimdir? -

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla "xüsusilə külli miqdar" təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Metbuat.az xəbər verir ki, Rafael Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun fərmanı ilə 2020-ci ilin avqustun 19-də bu vəzifəyə təyin edilib.

Rafael Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb. 2018-ci ildə o, Prezident İlham Əliyevin Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR