İranda aksiya daha iki yeniyetmə öldürüldü -

İranda etirazlar zamanı daha iki yeniyetmə öldürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Azad İran Teleqram kanalı məlumat verib. Rza Kazimi və Mahək Haşimi adlı 16 yaşlı yeniyetmələr hökumət qüvvələrinin açdığı atəş və dəyənək zərbələri əticəsində dünyalarını dəyişib. Onlar noyabrın 27-i Şiraz və Kamyaran şəhərlərində etirazlar zamanı həyatlarını itiriblər.

Rza Kazimi noyabrın 21-də etiraz aksiyasında güllə yarası aldıqdan sonra xəstəxanaya köçürülüb və yarasının ağır olduğuna görə ayın 27-də dünyasını dəyişib. Mahək Haşimi isə noyabrın 25-də Şiraz şəhərində keçirilən etiraz aksiyasına qatıldığına görə döyülüb və ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən yeniyetmə qız noyabrın 27-də həyatını itirib.

Qeyd edək ki, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 60-dan çox uşaq hökumət qüvvələri tərəfindən qətlə yetirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR