Dior yeni reklamında Rusiyaya dəstək olub? -

Avropanın ən lüks markalarından biri ol Dior sosial şəbəkədəki səhifəsində yeni kolleksiyanın reklamını yerləşdirib. Amma bu paylaşımdan sonra izləyicilər modellərin ağcaqayın ağacları fonunda lentə alındığını qeyd edərək, reklamda “rus motivləri” də gördüklərinə görə hiddətləniblər.

Metbuat.az xəbər verir ki, sosial şəbəkədə etiraz edən izləyicilər Dioru dolayı yolla Rusiyanı dəstəkləməkdə günahlandırıblar. Amma yayımlanan reklama heç də münasibət birmənalı olmayıb. Bəzi şərh yazanlar məsələyə daha liberal yanaşaraq aqcaqayın ağaclarının təkcə Rusiyada böyümədiyini buna görə reklamı “ruspərəst” hesab etməyin doğru olmadığı barədə qənaətlərini paylaşıblar.

Qeyd edək ki, Rusiyanın Ukraynada doqquz ay öncə başlatdığı müharibə səbəbindən Avropa, Amerika və digər bir neçə dövlət Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Xüsusilə bu ölkələrin brend markaları Rusiya bazarından çıxaraq Putinin aparmış olduğu müharibəyə etiraz ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR