Xamenei etirazlarda güc tətbiq edən Bəsic-in ünvanına xoş sözlər dedi

İranın ali dini lideri Ayətullah Əli Xamenei etiraz aksiyalarının qarşısının alınmasında səy göstərən Bəsic milislərinin ünvanına xoş ifadələr səsləndirib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, üsyançılarla mübarizə aparmaq Bəsic-in əsas vəzifələrindən biridir. Xameneinin sözlərinə görə, üsyançılar və terrorçular cəzalandırılmalıdır. Xamenei etirazların bir neçə cahil və muzdlu tərəfindən təşkil edildiyini irəli sürüb.

“İrandakı aksiyalar Qərbin İrana tətbiq etdiyi təzyiqin bir hissəsidir. Siyasi biliyə sahib olduğunu iddia edən bir qrup insan üsyanların yekunlaşması üçün ABŞ ilə poblemlərin həll edilməsinin vacibliyini qeyd edir. Müzakirə ABŞ ilə problemləri həll etməyəcək. ABŞ ilə problemimizi fidyə ödəmək həll edə bilər. Daimi fidyə ödməyi tələb edirlər” - Xamenei qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR