Türkiyənin Denizli şəhərinin Pamukkale rayonunda fabrikdə güclü yanğın başlayıb.
Metbuat.az haberglobal-a istinadən xəbər verir ki, hadisəyə müdaxilə etmək üçün bölgəyə çoxlu yanğınsöndürənlər göndərilib, fabrik işçiləri təxliyə edilib.
Məlumata görə, yanğınsöndürənlərin müdaxilə etdiyi yanğından yüksələn tüstü şəhərin bir çox yerindən görünür.
Polis qrupları obyektin ətrafında təhlükəsizlik tədbirləri görür və fabrik ərazisinə girişə icazə vermir. Yanğınla bağlı ilkin təsbitlərə görə tələfat olmadığı bildirilib.