İmişli sakinindən silah və narkotik tapılıb

İmişli rayon sakinindən silah və narkotik aşkarlanıb.

Bu barədə Metbuat.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon sakini, 61 yaşlı Tahir Bəşirov saxlanılıb.

Həmin şəxsdən kibrit qutularında və kağız bükümlərdə qablaşdırılmış ümumi çəkisi 30 qram olan marixuana, bir ədəd revolver tipli tapança və 37 ədəd patron aşkarlanıb.

Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR