Oğuzda bir ay əvvəl ağacdan yıxılan vəzifəli şəxs

Oğuzda bir ay əvvəl ağacdan yıxılan icra nümayəndəsinin müavini dünyasını dəyişib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Oğuz rayon Qumlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini, 1981-ci il təvəllüdlü Qüdrət Qürbət oğlu İsrafilov bu gün günorta saatlarında anidən vəfat edib.

Məlumata görə, 41 yaşlı Q.İsrafilov 1 ay öncə kənd ərazisində ağacdan yıxılıb. Daha sonra o, cərrahi əməliyyat olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR