Türkiyə sahillərində zəlzələ baş verdi

Egey dənizinin Türkiyənin İzmir şəhəri sahillərində rixter cədvəli üzrə 4,7 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Halların İdarə edilməsi Nazirliyindən açıqlama verilib. Bildirilib ki, zəlzələnin episentri sahildən 191 kilometr məsafədə yerin 4,61 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ qismən hiss edilib. Fəsadlar olmayıb.

Qeyd edək ki, zəlzələ Yunanıstanda da qismən hiss edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR