Çin ilə "qızıl dövr" bitdi -

Böyük Britaniya Çin ilə münasibətləri yenidən nəzərdən keçirir.

Metbuat.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak belə açıqlama verib. O bildirib ki, Çin ilə əlaqələrdə “qızıl dövr” yekunlaşıb. “Çinə yanaşmamızı dəyişdirməliyik” deyən Sunak bəyan edib ki, Çin Britaniyanın dəyərlərinə problemlər yaradır və London bunu yaxşı bilir. Sunak BBC jurnalistinin Çində etirazlar zamanı nəzarətə götürülməsinə etiraz edib.

Qeyd edək ki, Çində pandemiya ilə bağlı tədbirlərin ləğvi tələbi ilə keçirilən etirazlar zamanı BBC-nin müxbiri nəzarətə götürülüb. BBC jurnalistə qarşı güc tətbiq edildiyini ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR