Çağırışa qoşulan deputat metroda çətin anlar yaşadı:

"Nəzərə almaq lazımdır ki, Bakıda insanların sayı artıb. Əvvəlki rejimlə metronun və ya ictimai nəqliyyatın işləməsi bu problemi həll edə bilməz".

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Naqif Həmzəyev deyib. Pik saatlarda ictimai nəqliyyatın hərəkətində sıxlığın olmasına diqqət çəkən Həmzəyev özünün də bunu yaşadığını deyib:

"Bir neçə gün əvvəl gənclər və idman naziri Fərid Qayıbov işə piyada gəldi, ictimai nəqliyyatda olan problemə diqqət çəkdi. Bakıdakı tıxacların qarşısını almaq üçün alternativ təklif etdi. Mən bunu alqışlayıram. Ümid edirəm ki, digər nazirliklər, məmurlar, dövlət qurumları da aksiyaya qoşulacaqlar. Ancaq etiraf edək ki, pik saatlarda nə metrodan, nə də ictimai nəqliyyatdan istifadə etmək mümkün olur. Mən şəxsən cəhd etdim. Ancaq əvvəllər saat 8-9-da çətin idisə, indi saat 10-da belə metroda yer tapmaq çox çətin oldu. 3-4 vaqon buraxmalı oldum. Hesab edirəm ki, məsələyə ciddi yanaşmaq lazımdır. Nəzərə almaq lazımdır ki, Bakıda insanların sayı artıb. Əvvəlki rejimlə metronun və ya ictimai nəqliyyatın işləməsi bu problemi həll edə bilməz".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR