"Laçın dəhlizində postlarımızın qurulması kifayətdir" -

"Opponentlərimizin və bəzi populistlərin Laçın dəhlizini bağlamaqla bağlı fikirlərini eşitmək bir qədər qəribədir".

Metbuat.az xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov feysbuk hesabında yazıb. Onun sözlərinə görə, məqsədimiz ölkə ərazisinə silahların daşınmasının, konstitusiyaya zidd fəaliyyətlə və təbliğatla məşğul olanların, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaqdır:

"Qanunlarımıza zidd olmayan fəaliyyətlər, o cümlədən humanitar əlaqələr maneəsiz davam edə bilər və davam etməlidir. Dəhlizdə qeyd olunan formada rejimin təmin edilməsi üçün Dövlət Sərhəd Xidmətinin postları ilə yanaşı, mövcud qanunvericiliyə uyğun olaraq gömrük və fitoveterinar nəzarət postlarının yaradılması kifayətdir. Bu, Azərbaycanın dövlət strukturlarına "Sərhəd haqqında" qanunun tələblərini yerinə yetirməyə, Rusiya sülhməramlılarına isə 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarına uyğun olaraq təhlükəsizliyi təmin etməyə imkan yaradacaq. Bu yanaşma rəqiblərimizi əks-təbliğatdan məhrum edərək problemin həllində vəziyyətin münaqişəsiz çevrilməsini təmin edəcəkdir", - deyə nazir qeyd edib.

O bildirib ki, təxribatların qarşısını almaq, postlarımızın fəaliyyətinin daimi onlayn yayımını təmin etmək olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR