Rişi Sunak İrandakı etirazlarda qadınların cəsarətinə

Britaniyanın baş naziri Rişi Sunak İranda davam edən etiraz aksiyalarından danışıb.

Metbuat.az xəbər verir ki, yeni nazir deyib ki, hazırda narazılıqların kökü mövcud idarəetmə üsulundadır. Rişi Sunak etiraz aksiyalarında iranlı qadınların cəsarətli nümayişlərini xüsusilə qeyd edərək bildirib ki, onların bu davranışları təqdirəlayiqdir.

“İran qadınları ən təvazökar və heyrətləndirici cəsarət nümayiş etdirir, teokratiya və din hakimiyyətinin nəzarətinə boyun əyməkdən imtina edirlər",-deyə, Rişi deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR