"Qanlı göldə" boğulan gənc öldü (VİDEO)

"Qanlı göldə" boğulan gənc öldü (VİDEO)
13:06 19 Yanvar 2015
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonu ərazisində “Qanlı göl”də batan balıqçılardan biri ölüb. ANS TV-nin məlumatına görə, balıq tutmaq üçün gölə girən ata və oğulun qayığı çevrilib. Hadisə ən yaxın xilasetmə məntəqəsində 10 kilometr uzaqlıqda baş verib.

Hadisə yerinə FHN-nin dalğıc-xilasediciləri cəlb ediliblər. Xilasedicilər boğulmaq üzrə olan 1958-ci il təvəllüdlü İsrafilov Camal Ələddin oğlu və onun oğlu, 1985-ci il təvəllüdlü İsrafilov Elşən Camal oğlunu sudan çıxarıblar. Hadisənin baş verdiyi əraziyə cəlb olunan təcili tibbi yardım briqadaları ata və oğula ilkin tibbi yardım göstəriblər. Lakin xəstəxanaya aparılarkən yolda 30 yaşlı Elşən İsrafilov dünyasını dəyişib.

57 yaşlı Camal İsrafilovu isə Kliniki Tibbi Mərkəzə çatdırmaq mümkün olub. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.


Mənbə
ANS-TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=320534

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR