Pele yenidən xəstəxanalıq oldu

Əfsanəvi futbolçu Pelenin səhhətində problem yaranıb.

Metbuat.az xəbər verir ki, futbolçu xəstəxanaya aparılıb. 82 yaşlı Pelenin durumunun çox ağır olmadığı qeyd edilir.

Braziliya mətbuatı onun ürək çatışmazlığından əziyyət çəkdiyini yazır.

Qızı atasının səhhəti ilə bağlı məlumat verərək onun vəziyyətinin yaxşı olduğunu, mediada yayılan ciddi xəstəlik xəbərlərinin yalan olduğunu qeyd edib:

"Atamın səhhəti ilə bağlı bir çox xəbərlər paylaşılıb. Atam davam edən müalicəsində dərman dozasının tənzimlənməsi üçün xəstəxanaya yerləşdirilib. Onun hər hansı yeni bir xəstəliyi yoxdur".

Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Veteran futbolçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR