"Qalatasaray"dan iddialı həmlə -

“Qalatasaray” klubu müdafiənin sol cinahını gücləndirmək üçün iddialı futbolçu axtarışındadır.

Metbuat.az xəbər verir ki, Türkiyə təmsilçisi “Barselona”nın futbolçusu Markos Alonsoyu transfer etmək üçün təklif hazırlayıb. Məlumata görə, “Qalatasaray” “Barselona” ilə təmasa keçib. Dünya çempionatında sonra Türkiyə təmsilçisi Markos Alonso üçün yekun təklif göndərəcək.

“Galatasaray” çox pul xərcləmədən müdafiəçini transfer etmək istəyir. Məlumata görə, azad agent kimi “Barselona”ya qoşulan Alonso da başqa kluba transfer olmaq istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR