Zelenski Maskı tənqid etdi

SpaceX şirkətinin rəhbəri Elon Maskın “Ukrayna Rusiyaya güzəştlər etməlidir” barədə açıqlaması ilə bağlı qalmaqal davam edir.

Metbuat.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Maskı açıqlamalarına görə, növbəti dəfə tənqid edib. Zelenski Rusiyanın törətdiyi dağıntıları görmək üçün Maskı Ukraynaya çağırıb:

“Məncə ya kiminsə onun üzərində təsiri var, ya da öz-özünə qərarlar qəbul edir. Rusiyanın burada nə etdiyini anlamaq istəyirsinizsə Ukraynaya gəlin. Hər şeyin şahidi olun. Daha sonra mənə bu müharibənin necə yekunlaşacağını, kimin başlatdığını və nə zaman yekunlaşacağını deyin”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR