Ukrayna səfirliyini partlatdılar, nazirliyə bomba göndərdilər -

Madriddə Ukrayna səfirliyində törədilən partlayışdan sonra Saraqosa şəhərindəki silah fabrikinə, Madriddəki hərbi bazaya və Daxili İşlər Nazirliyinə partlayıcı maddə göndərilib.

Metbuat.az xəbər verir ki, bu barədə İspaniyanın rəsmi xəbər agentliyi EFE məlumat yayıb. Məlumata görə, hərbi bazaya gələn bağlama yoxlamadan keçərkən partlayıcı müəyyən edilib və dərhal müdaxilə edilib. Polisin məlumatına görə, göndərilən bağlamalar oxşar olub.

Qeyd edək ki, Madriddə Ukrayna səfirliyi binasında baş verən partlayış nəticəsində 1 nəfər yaralanıb. Partlayıcı səfirliyə bağlamada göndərilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR