Avtobus təkərinin içində minlərlə dərman tapıldı

Avtobus təkərinin içində minlərlə dərman tapıldı
13:03 25 Dekabr 2014
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycana avtobus təkərində qaçaqmal yolu ilə dərman preparatlarının keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi digər bir əməliyyat nəticəsində isə külli miqdarda dərman preparatlarının ölkəyə gətiriliməsinin qarşısı alınıb.

“Sınıq Körpü” Gömrük Postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn, Azərbaycan Respublikası vətəndaşı Məmmədov Elçin Davud oğlunun idarə etdiyi “Mercedes Benz Travego” markalı 90UB373 dövlət nömrə nişanlı sərnişin avtobusuna gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin qabaq sağ təkərinin üstündə yerləşən saxlanc yerindən, ümumilikdə 887 konvalyutda 11714 ədəd həblər və 4 adda 1590 ədəd dərman preparatları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək götürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR