Tələbələr arasında nəyə görə mübahisə düşüb? -

Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri arasında futzal yarışında mübahisə düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə noyabr ayının 18-da baş verib. Hadisə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.

Gəncə Dövlət Universitetindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı Universitet tərəfindən araşdırma aparılıb, tələbələr də danışıqlar olub:

"Məlum olub ki, baş verən hadisə ilə bağlı hər iki universitet tərəfdən heç bir xəsarət alan olmayıb. Kiçik bir mübahisə olub", - deyə qeyd edilib.

Azərbaycan Dövlət Aqrar Universiteti də həmçinin məsələyə münasibət bildirilib:

"Gəncə Olimpiya İdman Kompleksində tələbələr arasında keçirilmiş futzal oyununda kiçik anlaşılmazlıq olub. Videoya diqqətlə baxsaq, görərik ki, ciddi dava yoxdur. Tələbələrdən biri digərini itələyib, qıcıq doğuran hadisədən dolayı anlaşılmazlıq olub".

Gülər Seymurqızı




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR