Ukraynanı Putin “özü bərpa edəcək” –

“Rusiyanın Ukraynadakı dağıntılara görə təzminat ödəmək təşəbbüslərini gözləmədən Qərb maliyyə mərkəzlərindəki Rusiya Mərkəzi Bankının dondurulmuş ehtiyatlarını müsadirə etməyi düşünürlər”.

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Yeganə Hacıyeva deyib. Analitik hesab edir ki, son aylar bir neçə dəfə istər ABŞ, istər NATO, istərsə də Avropa Birliyi rəsmilərinin təxminən “Ukraynadakı müharibə bizə baha başa gəlir”, “Ukraynanın Qərb tərəfdaşları yorulub” kimi səslənən mesajları bu qəbildəndir.

“Rusiyanın təcavüzkar müharibəsi ən çox Ukraynanın özünə baha başa gəlir. Hələ avqust ayında , müharibənin ilk beş ayı üçün Dünya Bankı hesablamışdı ki, Ukraynada iqtisadi axınlar və istehsaldakı fasilələr, habelə müharibə ilə bağlı əlavə xərclər ümumi olaraq təxminən 252 milyard dollar itki ilə ölçülür.Qeyd edim ki, Rusiyanın Ukraynada həyati vacib istehsal və mülki ehtihacları ödəyən infrastrukturlara daha aqressiv zərbələr endirdiyi vaxtdan beş ay keçib. Görünür, indi Qərb təşkilatları Rusiya Mərkəzi Bankının ehtiyatlarını müsadirə etməyin vaxtı çatması haqqında açıq danışırlar”,- deyə politoloq bildirib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri noyabr ayında 16 970 nəfər Rusiya hərbçisini zərərsizləşdirib. Ukrayna Müdafiə Nazirliyindən bildirilib ki, bu, rekord göstəricidir. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi bu il fevralın 24-də başlayıb. Rəsmi məlumatlara görə, bu günədək müharibədə 89 440 Rusiya hərbçisi öldürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR