Putin müharibəni dayandırmağa hazırdırsa dialoq ola bilər -

“Putin müharibəni dayandırmaq niyyətində olduğunu ortaya qoysa onunla danışmağa hazıram”.

Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden belə açıqlama verib. O bildirib ki, Putinin müharibəni yekunlaşdırmaq planı varsa dialoq ola bilər. Bayden qeyd edib ki, hələlik Rusiyanın müharibəni dayandırmaq istədiyinə dair planlarının olduğu müşahidə edilmir. Bayden həmçinin qeyd edib ki, Rusiya ilə danışıqlar NATO müttəfiqlərinin razılığı əsasında keçirilə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR