Virus yenidən Çinə qayıdıb -

2019-cu ilin dekabrın Çinin Vuhan şəhərində aşkarlanan COVID-19 sürətlə dünya ölkələrinə yayılaraq 2020-ci ilin martın 11-də Ümumdünya Səhiyyə təşkilatı tərəfindən pandemiya elan edildi.

Virusun ilk dəfə Çində baş qaldırmasına baxmayaraq ölkə sərt karantin tədbirləri ilə qısa zamanda yoluxma sayına nəzarət edə bildi. İş o yerə çatdı ki, dünya ölkələri virusun yayılması qarşısında çarəsiz qalan zaman Çində virusa yolxuma sayında kəskin azalma baş verdi, ölənlərin sayı 0-a endi.

Artıq 3-cü ildir ki, dünya koronavirusa mübarizə aparır. Dünyada 648 milyon 724 min 812 nəfər bu virusa yoluxub, 6 milyon 642 min 843 nəfər vəfat edib.

Uzun müddətdir ki, viursa yoluxma sayında dünya ölkələri sabitliyi qoruya bilirlər. Həmçinin virusa qarşı mübarizədə "Pfizer", "Sputnik V", "Coronavac" kimi vaksinlərdən istifadə edilir.

Çində isə əksinə, vəziyyət gərginləşib

Lakin hazırda Çində koronavirusa yoluxma sayında rekord qeydə alınır. Belə ki, son sutkada 34 980 nəfərə COVID-19 diaqnozu qoyulub. Yoluxmanın aşkarlandığı şəxslərdən 30 702 nəfərdə xəstəlik simptomsuz, 4 278 nəfərdə isə simplomlu qeydə alınıb. Günlərdir ki, yoluxma sayında qeydə alınan artan temp dünya ölkələrində narahatlıq yaradır.

Çin artıq mübarizə tədbirlərini sərtləşdirib. Artıq ölkədə bir çox iş yerləri artıq karantinə alınıb, həmçinin restoranlar evə çatdırılma xidmətinə keçib. İnsanların ən çox sıxlaşdığı alış-veriş, əyləncə mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb. Hökumətin bu qərarı isə ölkədə ciddi etirazlara səbəb olub. Bu səbəbdən karantin qaydalarının nisbətən yumşaldılması qərara alınıb.

Hökumət "yeni vəziyyət"lə üzləşdiklərinə görə karantin qaydalarına riayət üçün çağırış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR