İraq gəmiləri Kuveytə daxil oldu -

İraqa məxsus 3 hərbi gəmi Kuveyt sularına daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə Kuveytin Xarici İşlər Nazirliyi məlumat yayıb. İraq gəmilərinə dərhal ölkə ərazisindən çıxmaq barədə xəbərdarlıq edilib. Məlumatda qeyd edilir ki, İraq və Kuveyt dəniz sərhədlərinin müəyyən edilməsi barədə Hur Abdullah sazişi imzalayıb. Lakin İraq sazişin tələblərini pozur. Kuveyt tərəfi xəbərdarlıq edib ki, ölkənin suverenliyini pozan həmləyə cavab vermək hüququ var. İraqa regionun sabitliyini qorumaq üçün əməkdaşlıq etmək üçün çağırış edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR