Yasamalda qəza -

Yasamal rayon, Şərifzadə küçəsi 112 ünvanında yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şahidlərinin Metbuat.az-a verdiyi məlumata görə, nəqliyyat hadisəsi piyada keçidində baş verib.

Belə ki, qəzadan öncə maşınlardan biri önündə olan "Prius" markalı avtomobilə çırpılıb. Nəticədə "Prius" piyada keçidindən keçən qızı vurub.

Xəsarət alan gənc qızın ağır yaralandığı bildirilir.

Hadisə yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR