Türkiyəyə İNANILMAZ TƏKLİF -

ABŞ ordusunun generalı Ben Hodges S-400 və F-35 qırıcıları ilə bağlı Türkiyəyə inanılmaz təklif edib.

Metbuat.az xəbər verir ki, o, BBC-yə açıqlamasında bildirib ki, Türkiyə Rusiyadan aldığı S-400-ləri Ukraynaya verməlidir. ABŞ-ın Avropa Qüvvələri üzrə keçmiş komandanı olan Ben Hodges qeyd edib ki, Türkiyə bu təklifi qəbul edərsə, F-35 proqramına geri qayıdacaq. Türkiyə mətbuatı yazır ki, Türkiyənin bu təklifi qəbul edəcəyi real deyil.

Bu təklifin qəbul edilməsi Türkiyəni Rusiya ilə qarşı-qarşıya qoyacaq. Həmçinin bu həmlə Rusiyanın Türkiyəyə qarşı sanksiya tətbiq etməsinə səbəb olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR