AQTA-ya yeni mətbuat katibi təyin edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müvafiq əmri ilə qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə yeni təyinat olub.

Metbuat.az xəbər verir ki, həmin vəzifəyə tanınmış jurnalist İlkin Kərimov təyin edilib.

Qeyd edək ki, uzun illər jurnalistika fəaliyyəti ilə məşğul olan İlkin Kərimov "ANS TV", "ASAN Radio2 və digər media qurumlarında müxbir, aparıcı, baş redaktor vəzifələrində çalışıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR