Ukrayna səfirliyini Rusiya partladıb? -

Madriddə Ukrayna səfirliyindəki partlayış Rusiya tərəfindən təşkil oluna bilər.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın İspaniyadakı səfiri Sergi Pohoreltsev açıqlama verib. O bildirib: “Düşmənimizin terror ölkəsi olduğunu bilirik. Buna görə, Rusiyadan hər şey gözləmək olar”.

Qeyd edək ki, Madriddə Ukrayna səfirliyində törədilən partlayışda bir nəfər xəsarət alıb. Partlayış səfirliyə göndərilən bağlamanın içindəki partlayıcı maddədən irəli gəlib. Bundan əlavə, Saraqosa şəhərindəki silah fabrikinə, Madriddəki hərbi bazaya və Daxili İşlər Nazirliyinə partlayıcı maddə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR