Xanım deputata

Milli Məclisin deputatı Jalə Əliyevaya ağır itki üz verib.

Metbuat.az xəbər verir ki, xanım deputatın həyat yoldaşı dünən vəfat edib. Bu barədə Jalə Əliyevanın özü sosial şəbəkədə bildirib: "Müjganımın atası, Kamranımın, İbrahimimin, Cavidanımın babası, həyatımın 35 ilinin ən yaxın sirdaşı, dostu, yoldaşı Yavuz Onku bu səhər itirdik... Bir az əvvəl qürbətdən aldığımız acı xəbərlə hamımız sarsıldıq... Həyat çox qısa, taleh çox amansız... İllər boyu uzaq məsafələrdə yaşadıq... Həsrət heç bitmədi ki... Elə ötən həftə qızıyla, nəvələriylə, kürəkəniylə, bütün qohumlarla, dostlatla Bakıda birlikdəydi... Sanki vida səfərinə çıxmışdı... Ötən 35 ilin Onunla birlikdə ömrümüzə, hafizəmizə yazılan qısa anları, qırıq anıları geriyə qalan həyatımız boyu bizimlə birlikdə yaşayacaq, O bizi heç tərk etməyəcək! Nur içində yat, əziz, sevimli Yavuz!".

Qeyd edək ki, Jalə Əliyeva Yavuz Onkla 1989-cu ildə ailə qurmuşdu. Bu nikahdan onların Müjgan adlı bir qızları dünyaya gəlib. Bir 4 nəfər, ayaqüstə duran insanlar və yol şəkili ola bilər

Bir 9 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 2 nəfər, oturan insanlar və içəridə şəkili ola bilər

Bir 4 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR