2 azyaşlının faciəvi şəkildə öldüyü evdən

Sumqayıtda bir-birinə bitişik evlərdə yanğın olub. Nəticədə iki azyaşlı həyatlarını itiriblər.

Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə yerinə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə və polis idarələrinin əməkdaşları, eləcə də təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın söndürülüb, digər evlərə keçməsinin qarşısı alınıb.

Qonşuların sözlərinə görə, ölən azyaşlılar evlərin birində kirayə qalan ailənin övladları imiş. Hadisə baş verən an onlar evdə tək imişlər.

Uşaqların meyitləri müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR