Hulusi Akar Azərbaycana gəlir

Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar bu gün Azərbaycana səfər edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.

Bildirilib ki, nazir Bakıda bir sıra görüşlər keçirəcək. Hulusi Akarı Türkiyə Silahlı Qüvvələrinin bir sıra rəsmi şəxsləri müşaiyət edəcək.

Xatırladaq ki, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR